Azərbaycanda haqsız rəqabətin formaları müəyyənləşib.
"Unikal" xəbər verir ki, bu barədə Milli Məclisə daxil olan Rəqabət Məcəlləsində qeyd olunub.
Məcəllənin 19-cu maddəsində haqsız rəqabətin formaları qeyd olunub. Bunlar aşağıdakılardır:
-müştərilərə qarşı aqressiv davranış;
- rəqib təsərrüfat subyektinin nüfuzdan salınması;
-rəqibin təsərrüfat fəaliyyətinin təqlidi;
-müştərilərin çaşdırılması və aldadılması;
-kommersiya sirrinin qanunsuz əldə edilməsi, istifadəsi və ya yayılması;
-bu Məcəllənin 25-ci maddəsində nəzərdə tutulan haqsız rəqabətə səbəb olan digər hərəkətlər.
-bu Məcəllənin 19.1-ci maddəsində qeyd olunan formalarda haqsız rəqabətin aparılması qadağandır.