Mərakeşdə baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 2900-ü keçib, 5500-dən çox insan xəsarət alıb.

"Unikal" xəbər verir ki, bu barədə Krallığın Daxili İşlər Nazirliyi məlumat yayıb.

“Zəlzələ nəticəsində ölənlərin sayı 2901-ə çatıb, 5530 nəfər xəsarət alıb”, - deyə məlumatda bildirilir.

*** 08:02

Mərakeşdə 7 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 2862 nəfərə çatıb.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, yaralananların sayı 2562 nəfərdir. Müxtəlif ölkələrin axtarış-xilasetmə qrupları və təcili yardım xidmətləri binaların dağıntıları altında qalanların axtarışlarını davam etdirir.

Sentyabrın 11-də 2681 nəfərin öldüyü, 2501 nəfərin yaralandığı bildirilmişdi.

Qeyd edək ki, sentyabrın 8-də Mərakeş Krallığında güclü zəlzələ baş verib. Mərakeş Milli Geofizika İnstitutunun məlumatına görə, yeraltı təkanların episentri El Haouz əyalətində yerləşən İgil bölgəsində olub. Zəlzələ ocağı 8 kilometr dərinlikdə yerləşib.