"Daniel" qasırğası Yunanıstandan sonra Liviyanı vurub.

"Unikal" xarici KİV-ə  istinadən xəbər verir ki, ölkədə leysan yağışların səbəb olduğu daşqınlarda minlərlə insan ölüb, 7 min nəfər isə itkin düşüb.  

Liviyanın şərqindəki hökumətin baş naziri Usamə Hammad Derna şəhərində daşqın nəticəsində ölənlərin sayının 2 mini keçdiyini bildirib. Hammad şəhərdəki vəziyyəti “fəlakətli və yaxşı deyil” adlandırıb.  Bununla yanaşı,  

Liviyanın Baş naziri Əbdülhəmid Məhəmməd əl-Dibeybe seldən zərər çəkmiş bölgələrə beynəlxalq yardım çağırışı edib. Baş nazir Dibeybe ölkədə sel fəlakətində həyatını itirənlər üçün 3 günlük matəm elan edildiyini açıqlayıb. Daşqın bölgəsində komendant saatı elan edilərkən, məktəblər, iş yerləri və 4 böyük neft limanı da bağlanıb. Qasırğanın Misirdə bu gündən etibarən təsirli olacağı gözlənilir.

Gülayə Mecid