"Ermənistan hökuməti Azərbaycanın Qarabağ üzərində suverenliyini tanıyıb". 

"Unikal" xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunun (EEF-2023) plenar iclasında deyib.

Onun sözlərinə görə, Qarabağın statusunu Ermənistan özü müəyyən edib, onu Azərbaycanın tərkib hissəsi kimi tanıyıb.