Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin istifadə etdiyi Tbilisi-Münhen-Tbilisi xüsusi reysi 34 min avroya başa gəlib.

"Unikal" xəbər verir ki, Xüsusi Dövlət Mühafizə Xidmətinin rəhbəri Anzor Çubinidze bildirib ki, onun ödənişini xüsusi şəxs həyata keçirib.

Bildirilib ki, baş nazir ailə üzvləri və dövlət təhlükəsizliyi ilə birlikdə dövlət büdcəsi hesabına ABŞ-yə şəxsi səfərə gedib. Baş nazir Münhen vasitəsilə Amerikaya gedib və o, avqustun 19-da hökumətin CRJ200 təyyarəsi ilə Gürcüstana qayıdıb. Təyyarə onu bir həftə Münhendə gözləyib. 

Ağarza Elçinoğlu