LDPR partiyasının mərhum lideri Vladimir Jirinovskiyə məxsus olduğu iddia edilən VAZ 4X4 (Niva) markalı avtomobil satışa çıxarılıb. 

"Unikal" xəbər verir ki, bu  barədə "lenta.ru" məlumat yayıb. 

Söhbət 50 min kilometr yürüşü olan doqquz yaşlı mavi avtomobildən gedir. Digər şeylərlə yanaşı, elana siyasətçinin sözügedən avtomobilin sahibi olduğunu təsdiqləyən sənədlərin fotoşəkili də əlavə edilib. “Niva”nın qiyməti beş milyon rubl  (90 min 500 AZN) qiymətləndirilib. 

“Maşın ideal vəziyyətdədir. Vladimir Volfoviç Jirinskovun adı ilə yol polisində qeydiyyatda olan yeganə avtomobil. Onun şəxsi maşını. Anlayan adamlara zəng edin”, - nəşr yazır.

Gülayə Mecid