Sentyabrın 12-si saat 19 radələrində Şamaxı rayon sakinləri, 1997-ci il təvəllüdlü Elmira Babayeva və 2000-ci il təvəllüdlü Günel Babayevanın kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya daxil olmaları barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan "Unikal"a bildirilib ki, keçirilmiş tədbirlər nəticəsində hər iki qadına kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən E. Babayevanın əri, 1996-cı il təvəllüdlü Novruz Babayev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.