Amerika İranın azad edilmiş maliyyə vəsaitini yenidən bloklaya bilər.

"Unikal" xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller Tehranla məhbus mübadiləsi sazişinə toxunaraq vurğulayıb ki, ABŞ Maliyyə Nazirliyi İranın azad edilmiş pullarının İslam Respublikası tərəfindən “humanitar” məqsədlər üçün istifadəsinə nəzarət edir və lazım gələrsə, yenidən bloklaya bilər.