Sentyabrın 12-də ölkə ərazisində qeydə alınan 64, əvvəlki dövrlərdən bağlı qalan 40 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
"Unikal" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 108, o cümlədən, borclu şəxs qismində axtarışda olan 78 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 38, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb.