Sentyanrın 14-ü saat 09 radələrində Oğuz rayonunun Mollalı kəndindəki meşəlik ərazidə 1990-cı il təvəllüdlü  Kərimov Toğrul Söhbət oğlunun meyitinin aşkarlanması barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan "Unikal"a bildirilib ki, ilkin araşdırma zamanı T.Kərimovu 3 gün əvvəl odlu silahla öldürüb torpağa basdıran şəxsin 1992-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Məmmədov Pərvin Əlfəddin oğlu olduğu müəyyən edilib. O, könüllü şəkildə ərazi polis orqanına gələrək təslim olub.

Faktla bağlı araşdırma aparılır.

***

10:47

Oğuzda həmkəndlisini tüfənglə öldürüb meşədə basdıran şəxs saxlanılıb.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Mollalı kəndinə yaxın meşəlik ərazidə baş verib.

Belə ki, kənd sakini 1990-cı il təvəllüdlü Kərimov Toğrul Söhbət oğlu həmkəndlisi olan 1992-ci il təvəllüdlü Məmmədov Pərvin Əlfəddin oğlunu, borcu olduğu üçün 3 gün əvvəl meşəlik əraziyə tüfənglə öldürmək məqsədilə aparıb. Apardığı ərazidə də qəbir qazıb və ona bildirib ki, "Səni öldürüb burada basdıracam".

Bu zaman əlbəyaxa dava düşüb. Nəticədə tüfəngdən qəfil açılan atəş Kərimov Toğrul Söhbət oğlunun qarın boşluğuna dəyib və hadisə yerində vəfat edib. Məmmədov Pərvin həmin yerdə qazılmış qəbirdə həmkəndlisi Toğrul Kərimovu basdırıb və hadisəni gizlədib.

Faktla bağlı cinayət işi açılıb.

Seymur Əli