Qəbələdə intihar hadisəsi qeydə alınıb.

"Unikal" xəbər verir ki, hadisə rayonun Zarağan kəndində qeydə alınıb. Belə ki, kənd sakini Elşən Elxan oğlu Abdurrəhmanov yaşadığı evin həyətində ağacdan özünü asaraq intihar edib. 

Məlumata görə, E. Abdurrəhmanov ailəli olub, 3 övlad atası idi.

Faktla bağlı araşdırma aparılır.

Seymur Əli