Hacıqabulda yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul şəhərindən keçən hissəsində qeydə alınıb.

"KamAZ" markal yük avtomobili Şirvan sakini, 1993-cü il təvəllüdlü Nəzərov Aqşin Çingiz oğlunu vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada ağır vəziyyətdə Şirvan xəstəxanasına çatrılandan bir neçə dəqiqə sonra ölüb.

Faktla bağlı araşdırma aparılır.