Abşeronda bıçaqlanma hadisəsi qeydə alınıb.

"Unikal"ın məlumatına görə, sentyabrın 8-də saat 21 radələrində 2008-ci il təvəllüdlü Məmmədov Muxtar Məmməd oğlu Abşeron rayonu, Xırdalan şəhəri, Mirzə İbrahimov küçəsi, 20 ünvanının qarşısında tanışı 2007-ci il təvəllüdlü Əliyev Həsən Hafiz oğlu ilə aralarında yaranmış mübahisə zamanı bıçaqla sonuncunun döş qəfəsindən iki dəfə vuraraq xəsaərt yetirib. 

Fakta görə Abşeron RPİ-nin İŞ-də CM-nin 126.1-ci maddəsi ilə cinayət işi başlanıb.

M.Məmmədov şübhəli şəxs qismində tutulub.

Murad İbrahimli