Mingəçevirdə kişi bıçaqlanıb.

"Unikal"ın məlumatına görə, hadisə Energetiklər Yaşayış massivində yerləşən Abdulla Şaiq küçəsində baş verib.

Belə ki, şəhər sakini olan yeniyetmə 1990-ci il təvəllüdlü Tapdıq İsmayılovu bıçaqlayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki, qonşusuna kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən yeniyetmə saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov