Yevlaxda yol-nəqliyyat hadisəsi olub.

"Unikal"ın məlumatına görə, hadisə Mingəçevir-Xaldan şosesinin Əkşəm kəndi yaxınlığından keçən hissəsində baş verib. "Lada Priora" və "VAZ-2109" markalı maşınların toqquşması nəticəsində 1990-cı il təvəllüdlü sürücü Faiq İsmayılov, həmçinin onun  azyaşlı uşaqları - 2015-ci il təvəllüdlü  Gülnur İsmayılzadə və  2020-ci il təvəllüdlü Şahin İsmayılzadə müxtəlif bədən xəsarətləri aldıqları üçün xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov