Gədəbəydə zəhərlənmə faktı qeydə alınıb.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Arıqdam kəndində baş verib. Kənd sakini 47 yaşlı Məhərrəm Mehdiyev zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq o xəstəxanada ölüb. Məlumata görə, M.Mehdiyev kimyəvi maddə içərək özünü zəhərləyib.Onun hansı səbəbdən intihar etməsi məlum deyil.

Qeyd edək ki Məhərrəm Mehdiyev Gədəbəydə yerləşən qızıl mədəninin işçisi olub.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov