İsmayıllı rayonunda 17 yaşlı qız itkin düşüb.

DİN-in Mətbuat xidmətinin regional qrupundan "Unikal"a verilən məlumata görə, İsmayıllı rayon sakini, 2006-cı il təvəllüdlü İsmayıllı Əsmər Əbülfəs qızı sentyabrın 8-də yaşadığı ünvandan çıxıb, bir daha geri qayıtmayıb.

Şəkildəki şəxsi tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” xidmətinə, həmçinin İsmayıllı Rayon Polis Şöbəsinin (020)285-11-89 şəhər, (050) 280-45-00, (050) 775-75-74 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

***12:24

Bakıda əqli qüsurlu qız itkin düşüb.

"Unikal" xəbər verir ki, ötən gün saat 15:30 radələrində Xətai rayonu S.Əhmədov küçəsində yaşayan M.Həsənova 37-ci Polis Şöbəsinə müraciət edərək bu barədə məlumat verib.

O bildirib ki, birgə yaşadığı əqli qüsurlu, 15 yaşlı qızı Ş.Allahverdiyeva sentyabrın 15-i saat 10:30-da yaşadığı ünvandan çıxaraq itkin düşüb.

Faktla bağlı Xətai RPİ-nin 37-ci PŞ-də araşdırma aparılır.