Bakıda qəbiristanlıqda silah-sursat tapılıb.
"Unikal" DİN-in saytına istinadən xəbər verir ki, Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla üzərindən narkotik vasitə aşkarlanan Bakı şəhər sakini F.Ağaməmmədovun rayon ərazisindəki qəbiristanlıqda gizlətdiyi 1 ədəd “RPQ-78” minaatan, 1 ədəd “F-1” qumbarası, 1 ədəd alışdırıcı və 758 ədəd patron aşkar olunaraq götürülüb.