Döyülmə faktı ilə bağlı araşdırma aparılır.

DİN- in mətbuat xidmətinin Şəki regional qrupundan "Unikal"ın sorğusuna cavab olaraq bildirilib ki, sentyabrın 14-də Mingəçevir şəhər sakini Elman Nəbiyevin Elnur Əhmədov tərəfindən döyülərək xəsarət alması ilə bağlı araşdırma aparılır. Tərəflərin izahatları alınıb və xəsarətin dərəcəsinin müəyyən olunması məqsədilə məhkəmə tibbi ekspertizası təyin olunub. Araşdırmanın və ekspertizanın rəyindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.

xxx

09:37

Mingəçevirdə fotoqrafı döyüblər. 

"Unikal"ın məlumatına görə, hadisə Energetiklər yaşayış massivində qeydə alınıb. Belə ki, "Nur" şadlıq sarayının qarşısında fotoqraf Elman Nəbiyev toy sahibinin sərxoş qohumlarının hücumuna məruz qalıb. Döyülən E. Nəbiyev hadisə ilə bağlı polisə müraciət edib. 
Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov