Türkiyənin “Haber Global” telekanalının efirində Azərbaycanın Qarabağ bölgəsində keçirdiyi lokal antiterror tədbirləri müzakirə olunur.

"Unikal" xəbər verir ki, canlı efirə qoşulan istefada olan aviasiya general-leytenantı Erdoğan Karakuş Ermənistanın öz havadarlarına arxayın olduğunu və sülh prosesini ləngitdiyini bildirib.

O, bəyan edib ki, Ermənistanın baş naziri Nikol Paşinyan əvvəl-axır sülh sazişini imzalayacaq və Azərbaycan Ordusu ölkə ərazisidəki bütün qanunsuz silahlıları məhv edəcək.

Daha ətraflı “Haber Global”ın videomaterialında: