Xəbər verdiyimiz kimi, Ermənistanın təcili yardım maşınları yaralıları daşımaq üçün Qarabağa göndərilib. 

"Unikal" erməni KİV-lərinə istinadən xəbər verir ki, 23 nəfər erməni eyni sayda təcili yardım maşını ilə Ermənistana aparılıb.

Maşınları Beynəlxalq Qırmızı Xaç Komitəsi müşayiət edib. 

***10:23

Ermənistanın çox sayda təcili yardım maşınları Qarabağa yollanıb. 

"Unikal" xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb. 

Qeyd olunub ki, onları Beynəlxalq Qırmızı Xaç Komitəsinin avtomobilləri müşayiət edir. Maşınlar yaralıları Ermənistana təxliyə edəcək. 

Ağarza Elçinoğlu