Minçəçevirdə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Nəriman Nərimanov küçəsində baş verib. Belə ki, qəza zamanı "VAZ 2106" və "KİA" markalı avtomobillər toqquşub. Sonuncu avtomobil zərbənin təsirindən səkiyə düşüb. Nəticədə hər iki avtomobilin sürücüsü xəsarət alıb. Sürücülərdən birinin - 19 yaşlı Pünhan Əsədovun vəziyyəti ağır olduğundan xəstəxanaya yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır. 

Ehtiram Muradov