Goranboyda 2 nəfərin xəsarət alması ilə nəticələn yol qəzası qeydə alınıb.

"Unikal"ın məlumatına görə, hadisə Tərtər-Goranboy yolunun rayonun Qızılhacılı qəsəbəsindən keçən hissəsində baş verib. Belə ki, hərəkətdə olan "QAZel" markalı yük maşını ilə traktor toqquşub. Qəza nəticəsində 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov