"Bu gün Azərbaycana qarşı Avropa Parlamentində təmsil olunan bir sıra qrupun təzyiqlərini hiss edir, eləcə də ədalətsiz yanaşmanı görürük".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib. O bildirib ki, Avropa İttifaqı ilə ən çox iqtisadi əməkdaşlıq edən də məhz Azərbaycandır:
“Mübarizəmizi davam etdirməli, mövqeyimizi çatdırmalıyıq. Bu gün Azərbaycan ədalətli mövqedədir, ermənilərə qarşı heç bir soyqırım həyata keçirilməyib. “3+3” formatlı görüşdən sonra da Azərbaycana qarşı təzyiqlərin olması qaçılmazdır. Azərbaycana qarşı çıxan bir çox ölkələrin özü belə müstəqil deyil. Nəticədə orada qəbul olunan hər hansı ədalətsiz qərarı təsdiq etmək, yaxud qoşulmaq məcburiyyəti qarşısındadır. Ona görə də hər bir ölkə ilə bağlı fikirləri ortaya qoymalıyıq. Bu gün torpaqlarımızın bütövlüyünü təmin etmişik. Həm daxili auditoriya, həm də beynəlxalq təşkilatlarla əlaqələrin qurulması, onların mütəmadi şəkildə məlumatlandırılması vacibdir”.
Anar Kəlbiyev