Ermənistan-Azərbaycan məsələsi noyabrın 13-də Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirlərinin növbəti iclasında müzakirə olunacaq.
"Unikal" xəbər verir ki, bu barədə Avropa Komissiyasından bildirilib.
Qeyd olunub ki, vaxt məhdudiyyətinə görə, Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin dünənki görüşündə Ermənistan-Azərbaycan məsələsini müzakirə etmək mümkün olmayıb və təxirə salınıb. Buna görə də məsələ nazirlərin növbəti iclasının gündəliyinə salınmalıdır.