Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ dövlət katibinin Cənubi Avropa və Avrasiya məsələləri üzrə müavini Coşua Huku qəbul edib.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın baş nazirinin dəftərxanası məlumat yayıb.
Baş nazir Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesində ABŞ-ın səylərini vurğulayıb.
Həmsöhbətlər Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi, ərazi bütövlüyü, suverenlik, yurisdiksiya və qarşılıqlılıq prinsipləri əsasında regional nəqliyyat infrastrukturlarının blokdan çıxarılması, Ermənistan və Azərbaycan arasında delimitasiya, o cümlədən Ermənistanda sülh və sabitlik məsələlərini müzakirə ediblər.
Görüşdə Ermənistan-ABŞ əməkdaşlığına dair gündəlikdəki məsələlər ətrafında fikir mübadiləsi aparılıb.