“Azərbaycan türkü qardaşlarımızla həyata keçirdiyimiz “Mustafa Kamal Atatarük - 2023” təlimində qəhrəman hərbçilərimiz yenə bizi həddindən artıq qürurlandırdılar”.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin “X” paylaşımında qeyd olunub.
“Biz iki bədəndə bir canıq! Birliyimiz, dirliyimiz və gücümüz daimi olsun”, - nazirlikdən bildirilib.
Qeyd edək ki, oktyabrın 23-dən etibarən Azərbaycanda Türkiyə hərbçiləri ilə birlikdə "Mustafa Kamal Atatarük- 2023” təlimləri keçirilir.