"Yaxın günlərdə Aİ tərəfdaşlarından dəqiqləşdirmələr almağa və gələcək fəaliyyət istiqamətlərini müəyyən etməyə çalışacağıq".
"Unikal" xəbər verir ki, bunu Ermənistanın baş nazir Nikol Paşinyan çərşənbə günü Ermənistan Milli Assambleyasında sual-cavab iclasında Ermənistan və Azərbaycan liderləri arasında Brüsseldə planlaşdırılan görüşün ləğvinə toxunaraq deyib.
Daha əvvəl Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toivo Klaar Avropa Şurasının sədri Şarlz Mişel, Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham arasında gözlənilən görüşün keçiriləcəyini açıqlamışdı.
"Belə bir görüş nəzərdə tutulub. Amma indi bəyanat və fakt odur ki, oktyabrda baş tutmayacaq və güman edirəm ki, buna səbəb Azərbaycan prezidentinin həmin görüşdə iştirakını təsdiqləməməsidir.
“Həmçinin iş təfərrüatları var ki, biz yaxın günlərdə Aİ tərəfdaşlarımızdan dəqiqləşdirmələr almağa və gələcək fəaliyyət istiqamətlərini müəyyən etməyə çalışacağıq, o cümlədən qeyd etdiyiniz bir sıra suallar, əlbəttə, bəzi suallara da cavablarımız var, lakin, həm də onların hamısını dəyərləndirməyə tələsmək istəməzdim.