Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Katolik Xristianların Ruhani Lideri və Vatikanın prezidenti Papa Fransisk ilə telefon danışığı aparıb. 

"Unikal" xəbər verir ki, telefon danışığı zamanı İsrail və Fələstin arasındakı münaqişələr müzakirə olunub.

Ərdoğan İsrailin Qəzzaya qarşı hücumlarının qırğın səviyyəsinə çatdığını, beynəlxalq ictimaiyyətin baş verənlərdən xəbərsizliyinin insanlıq üçün utanc verici olduğunu, bütün dövlətlərin buna qarşı səsini ucaltması lazım olduğunu bildirib. 
 
Türkiyə lideri həmçinin paytaxtı Şərqi Qüds olmaqla, müstəqil, suveren və coğrafi baxımdan inteqrasiya olunmuş Fələstin dövlətinin qurulmasının vacibliyini bir daha vurğulayıb. 

Ağarza Elçinoğlu