"İpək Yolu" ifadəsini hamımız məktəb dərsliklərindən bilirik. Əminəm ki, bir çox insanlar İpək Yolu dövrünün tarixi dəlikləri və hadisələri ilə bağlı çox təfərrüatları xatırlamırlar. 

"Unikal" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Tbilisi Beynəlxalq İpək Yolu Forumunun açılış mərasimində deyib.

Paşinyan qeyd edib ki, tarixi "İpək Yolu" termini hamının şüurunda firavanlıq, sülh, inkişaf və əməkdaşlıqla bağlıdır: "Çünki o, bir çox ölkədən, yaşayış məntəqələrindən keçib və bu yollar insani, mədəni, iqtisadi və siyasi əlaqələr yaratmaq üçün istifadə olunub. 

O yollarda insanlar təkcə yük deyil, həm də hekayələr, adət-ənənələr, biliklər, bacarıqlar daşıyırdılar. Yol təkcə ölkələri, şəhərləri deyil, insanları da birləşdirir və ona görə də hərəkətli yol əməkdaşlığa, sülhə, uğura, bağlı yollar problemlərə işarədir.

Biz bunu öz nümunəmizdən bilirik. Dörd qonşumuzdan ikisi ilə yollarımız açıqdır ki, bu da onlarla münasibətlərimizin mehribanlığından xəbər verir. İki qonşumuzla yollarımız bağlıdır ki, bu da münasibətlərdəki mürəkkəbliyin çox bariz sübutudur. Amma mən bu gün çətin münasibətlərimizdən danışmağa gəlməmişəm, demək istəyirəm ki, yollar olmadan sülh bağlamaq çox çətin olacaq".

Ağarza Elçinoğlu