“Azərbaycan, Ermənistan, Rusiya və Türkiyə regionda sülhün bərqərar olmasında mühüm rol oynayır”.
"Unikal" xəbər verir ki, bunu İranın Azərbaycandakı keçmiş səfiri Mohsen Pakayin “X” hesabında yazıb:
“Qafqazın əsas aktorlarının iştirakı ilə İranda keçirilən 3+3 görüşü dəyərli təşəbbüs idi. Azərbaycan, Ermənistan, Rusiya və Türkiyə regionda sülhün bərqərar olmasında mühüm rol oynayır. Sülh və təhlükəsizliyin yaradılması iqtisadi əməkdaşlığa gətirib çıxarır və ölkələr bölgədəki problemlərin həlli üçün bu görüşün keçirilməsini alqışlayıblar”, - deyə diplomat yazıb.