"Ortaq tarixə, dilə, dinə, mədəniyyətə əsaslanan münasibətlərimiz qarşılıqlı hörmət, əməkdaşlıq və ümumi maraqlar əsasında gündən-günə möhkəmlənir. Hazırkı konyukturada Türkmənistan təbii qazının Türkiyə üzərindən Türkiyəyə və dünya bazarlarına çatdırılması xüsusi strateji dəyər qazanmışdır. Bu kontekstdə həm Türkmənistanla ikitərəfli əməkdaşlıq, həm də Azərbaycanın iştirakı ilə üçtərəfli əməkdaşlıq prosesləri mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan biz Xəzər dənizi vasitəsilə Şərq-Qərb Mərkəzi Dəhlizinin inkişafı ilə bağlı fikirlərimizi qarşılıqlı şəkildə bölüşdük".
"Unikal" xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovu qəbul edərkən deyib.
Ərdoğan qeyd edib ki, dünyada və xüsusilə də bölgədə baş verən proseslər Türk Dövlətləri Təşkilatının çətiri altında birləşməyin vacibliyini ortaya qoyub:
"Fürsətdən istifadə edərək bir daha vurğulamaq istərdim ki, biz Türk Dövlətləri Təşkilatının müşahidəçi üzvü olan Türkmənistanı ailə şuramızda tamhüquqlu üzv kimi görmək istəyirik. Türkiyə müstəqillik qazandığı gündən bəri hər zaman türkmən qardaşlarının yanında olub və bundan sonra da olacaq".