Kamçatka ərazisində yerləşən Komandir adalarında 6,6 bal gücündə zəlzələ baş verib.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının “Vahid Geofizika Xidməti” Mərkəzi məlumat yayıb. 

Bildirilir ki, maqnitudası təxminən 7,0 olan zəlzələ Nikolskoye kəndindən 117 kilometr aralıda baş verib - o, Komandir arxipelaqının Berinq adasında yerləşir.

Mənbənin dərinliyi 47 kilometr olub, kənddə dörd bal gücündə təkan qeydə alınıb. Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Seymur Əli