"Heydər Əliyevin Gürcüstanın o vaxtkı prezidenti Eduard Şevardnadze ilə qarşılıqlı etimada əsaslanan möhkəm dostluq münasibətləri olub".
"Unikal" xəbər verir ki, bunu Azərbaycanın Baş naziri Əli Əsədov Tbilisidə Heydər Əliyev adına Azərbaycan Dövlət Dram Teatrının təməlqoyma mərasimində çıxışı zamanı deyib.
Baş nazir qeyd edib ki, məhz onların rəhbərliyi ilə ölkələr arasında siyasi, iqtisadi, mədəni-humanitar və digər sahələrdə əlaqələrin inkişafının əsası qoyulub: "Hər iki liderin siyasi karyerası unikal olub və oxşar tarixi proseslərlə tanınıb... İndi Prezident İlham Əliyev və Baş nazir İrakli Qaribaşvili bu zəngin tarixi ənənəni davam etdirir və müstəqil dövlətlərimizin milli maraqlarını demokratik yolla inkişaf etdirirlər".
Ağarza Elçinoğlu