Litvanın daxili işlər naziri Aqne Bilotaite bildirib ki, regionun digər ölkələrinin departamentləri ilə birlikdə Belarusla sərhədin bağlanması üçün ümumi alqoritmlərin effektivliyini qiymətləndirmək üçün birgə təlimlər planlaşdırır.

"Unikal" xəbər verir ki, bu barədə CNN yazıb.

Nazirin sözlərinə görə, region dövlətləri arasında bu cür əməkdaşlıq “düşmən dövlətlər üçün ciddi siqnala” çevrilməlidir.

Latviya, Litva və Polşa avqustun əvvəlində Belarusla sərhədlərin bağlanması mexanizmi barədə razılığa gəliblər. Kritik vəziyyətdə müvafiq tədbirlərin görüləcəyi gözlənilir.