Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Respublikası Prezidentinin Xarici Siyasət Məsələləri üzrə Köməkçisi Hikmət Hacıyevi II-ci dərəcəli “Dostık” (Dostluq) ordeni ilə təltif edib.
"Unikal" xəbər verir ki, ali mükafatı Hikmət Hacıyevə Qazaxıstan Prezidenti adından və tapşırığına əsasən Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel təqdim edib.
Diplomat bildirib ki, Hikmət Hacıyev Qazaxıstan Respublikası ilə Azərbaycan Respublikası arasında mehriban qonşuluq əlaqələrin inkişafına, iki ölkə arasında strateji və müttəfiqlik münasibətlərin möhkəmlənməsinə verdiyi töhfələrə görə ordenlə mükafatlandırılıb.
Öz növbəsində, Hikmət Hacıyev onun fəaliyyətinə verilən yüksək qiymətə görə Qazaxıstan rəhbərliyinə təşəkkürünü bildirib və hərtərəfli strateji əməkdaşlığın inkişafına əlindən gələn töhfələri verməyə davam edəcəyini vurğulayıb.
Görüş zamanı tərəflər bir daha ikitərəfli qarşılıqlı əməkdaşlıq və regional gündəliyin aktual məsələləri ilə bağlı müzakirələr aparıblar.