"Şadam ki, “Tbilisi İpək Yolu Forumu” çərçivəsində Ermənistan və Azərbaycanın baş nazirlərini qəbul etmək imkanım oldu”
"Unikal" xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Qaribaşvili “Facebook” sosial şəbəkəsində yazıb.
Hökumət başçısı qeyd edib ki, söhbətdə Cənubi Qafqazın gələcəyinə və irimiqyaslı regional layihələrə toxunulub.
“Şadam ki, “Tbilisi İpək Yolu Forumu” çərçivəsində Ermənistan və Azərbaycanın baş nazirlərini qəbul etmək imkanım oldu ki, Cənubi Qafqazın gələcəyi, irimiqyaslı regional layihələr, həyata keçirilməsi hamımızın ümumi mənafeyinə uyğundur.
BMT tribunasından elan etdiyim sülh təşəbbüsləri çərçivəsində ölkələrimizin mənafeyi naminə biz regionda sülhün, sabitliyin və iqtisadi inkişafın təmin edilməsi üçün səylərimizi davam etdirməyə hazırıq -”- deyə baş nazir qeyd edib.