Azərbaycan Xarici İşlər Nazirliyi Qazaxıstanda mədəndə baş vermiş faciəyə görə Qazaxıstana başsağlığı verib.
"Unikal" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin rəsmi “X” səhifəsində paylaşım edilib.
“Qazaxıstanda mədən ərazisində baş vermiş yanğının faciəvi nəticələri bizi dərindən kədərləndirir. Düşüncələrimiz və dualarımız kədərli ailələr, qardaş xalq və Qazaxıstan hökuməti ilə birlikdədir. Azərbaycan dəhşətli faciədən sonra Qazaxıstanın yanındadır”, - paylaşımda qeyd olunub.