Çexiyanın müdafiə naziri Jana Çernoxova BMT Baş Assambleyasının oktyabrın 27-də Yaxın Şərqdə münaqişənin gərginləşməsi ilə bağlı qəbul etdiyi qətnaməyə görə respublikanın BMT-dən çıxmasına çağırıb.
"Unikal" xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.
Çernoxova xatırladıb ki, yalnız 14 dövlət, o cümlədən Çexiya radikal Fələstinin HƏMAS qruplaşmasının üzvləri tərəfindən həyata keçirilən “İsrailə qarşı görünməmiş terror hücumu”na qarşı çıxıb.
Bundan əlavə, Çexiya müdafiə departamentinin rəhbəri HƏMAS-ın hərəkətlərini Əl-Qaidənin 2001-ci il sentyabrın 11-də ABŞ-dakı hərəkətləri ilə müqayisə edib.
Qeyd edək ki, BMT-nin sözügedən qətnaməsi Qəzza zolağında dərhal atəşkəsə çağırır. Sənədin qəbuluna 120 ölkə lehinə, 14 ölkə isə əleyhinə çıxış edib.