Bakı Ermənistanın Azərbaycan ərazilərini uzun müddət qanunsuz işğal etməsi ilə bağlı minlərlə səhifəlik sübuta əsaslanaraq Beynəlxalq Cinayət Məhkəməsində iddia qaldırıb.
"Unikal" xəbər verir ki, bu barədə xarici işlər nazirinin müavini Elnur Məmmədov oktyabrın 30-da "Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi" hesabatının təqdimatı ilə bağlı keçirilən konfransda bildirib.
Nazir müavini qeyd edib ki, iddia cari il yanvarın 23-də Beynəlxalq Məhkəməyə təqdim edilib.
Diplomat bildirib ki, yaxın illərdə bu iddiaya baxılacaq: "Qeyd etmək istərdim ki, Azərbaycan xalqına qarşı törədilmiş bu cinayətlər sadəcə olaraq təsadüfi, xaotik şəraitdə törədilmiş qanunsuz əməllər deyil, onilliklər ərzində Ermənistanda geniş şəkildə təbliğ edilən etnik nifrət və radikal millətçi ideoloji “tsexakronizm” xəttinə əsaslanır. Bizim dövlətlərarası iddiamız da məhz buna işarə edir".
Ağarza Elçinoğlu