"Bir gün əvvəl Mahaçqala aeroportunda baş vermiş iğtişaşlarda İsrail vətəndaşları xəsarət almayıb, onların hamısı hava limanından çıxarılıb və artıq Dağıstanı tərk ediblər".
"Unikal" Rusiya mediasına istinadən xəbər verir ki, bunu İsrailin Rusiyadakı səfiri Aleksandr Ben Tsvi deyib.
"Xoşbəxtlikdən təyyarədəki sərnişinlər arasında xəsarət alan olmayıb. Təyyarədəkilər yalnız İsrail və Rusiya pasportu olan vətəndaşlar idi. Xoşbəxtlikdən onlara heç nə olmayıb - hamısı Dağıstandan çıxarılıb və artıq Mahaçqalada deyillər", - deyə İsrail diplomatı bildirib.
Səfir qeyd edib ki, “harada olmasından asılı olmayaraq, antisemitizmin istənilən təzahürü dəhşətli hadisədir”.
Xatırladaq ki, bazar günü Mahaçqalada yerli sakinlər Təl-Əvivdən gələn təyyarənin uçuş-enmə zolağına daxil olublar. Onlar hava limanına gələn təyyarədə İsrail vətəndaşlarını axtarıbar və iğtişaşlar başlayıb.
Nuranə Abbasova