Böyük Britaniyada Elm, Texnologiya və İnnovasiyalar Naziri Mişel Donelanın özəl katibi Pol Bristov Qəzzaya atəşkəs çağırışı etdiyi səbəbilə vəzifəsindən azad edilib.
"Unikal" xəbər verir ki, İngiltərə Baş nazirinin ofisinin sözçüsü məsələ ilə bağlı açıqlamasında hakim Mühafizəkarlar Partiyasının da üzvü olan Bristovun "kollektiv məsuliyyət prinsiplərinə uyğun olmayan şərhlər" etdiyini və Böyük Britaniyanın baş naziri Rişi Sunak tərəfindən tutduğu vəzifədən azad olunduğunu bildirib.
Bristov, Baş nazir Sunak tərəfindən vəzifədən azad edildikdən sonra BBC-yə bu sözləri deyib:
"Mən Baş nazirin qərarını tam başa düşürəm və zövq aldığım işi tərk etdiyimə görə təəssüflənirəm, lakin indi bir çox seçicilərimin dərindən maraqlandığı məsələlər haqqında açıq danışa bilərəm".
Gülayə Mecid