"Biz Qərbi Azərbaycana sülh yolu ilə qayıdacayıq. Toponimlər hər bir xalqın kimliyi, şəxsiyyət vəsiqəsidir. Bu şəxsiyyət vəsiqəsinə baxmaqla müəyyən edirsən ki, burada hansı xalqlar yaşayıb".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri, deputat Siyavuş Novruzov parlamentdə keçirilən ictimai dinləmədə deyib.
Komitə sədri bildirib ki, 200 il əvvəl ermənilər Qərbi Azərbaycan ərazilərinə daxil olduqda, ilk növbədə toponimləri, tarixi abidələri dağıtmağa və adlarını dəyişdirməyə başladılar:
"Qarabağ və Şərqi Zəngəzur ərazisində də bunu şahidi oluruq", - deyə S.Novruzov bildirib.
Anar Kəlbiyev