Bakıya qarşı sanksiyalar Ermənistan və Azərbaycan arasında sülh sazişinin əldə edilməsi səylərinə zərbə vura bilər.

"Unikal" xəbər verir ki, bu barədə Kanadanın Ermənistandakı səfiri Endryu Törner Kanada parlamentinin aşağı palatasının Xarici Əlaqələr və Beynəlxalq İnkişaf Komitəsinin sessiyasında bildirib.

"Biz sanksiyalar yolunu seçməsək də, Fransanın hərbi dəstək ehtimalı ilə bağlı açıqlamalarının şahidi olduq. Bu, Azərbaycanı sülh prosesinin irəliləyişinə töhfə verə biləcək planlaşdırılan beynəlxalq görüş və müzakirələrdən imtina etməyə məcbur etdi", - deyə o qeyd edib.

Ağarza Elçinoğlu