Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev Rusiya Federasiyası Baş nazirinin birinci müavini Andrey Belousovla “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin dəmir yolu marşrutunun inkişafı məsələsini müzakirə edib.
"Unikal" xəbər verir ki, bu barədə Belousovun aparatı məlumat yayıb. Bildirib ki, müzakirə Şahin Mustafayevin Rusiya Federasiyasına işgüzar səfəri çərçivəsində baş tutub.
Qeyd edək ki, oktyabrın əvvəlində Mustafayev və Belousov iki ölkə arasında nəqliyyat-logistika sektorunda əməkdaşlığın perspektivlərini, o cümlədən Şimal-Cənub dəhlizi layihəsinin həyata keçirilməsini müzakirə ediblər.
Xatırladaq ki, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi Süveyş kanalından yan keçməklə Hindistan, Cənub-Şərqi Asiya, Afrika və Yaxın Şərq ölkələrindən Avropaya və geriyə yüklərin daşınması üçün əsas marşrutdur.
17:58
Rusiya Baş nazirinin birinci müavini Andrey Belousov Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevlə görüşüb.
"Unikal" xəbər verir ki, görüş Şahin Mustafayevin Rusiya Federasiyasına işgüzar səfəri çərçivəsində baş tutub.
Söhbət zamanı "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin dəmir yolu marşrutunun inkişafı məsələləri müzakirə olunub.
Ağarza Elçinoğlu