Moskva Ermənistanla Azərbaycan arasında gərginliyin azalmasına səbəb ola biləcək təmasları alqışlayır.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Tbilisidə Əsədov-Qaribaşvili-Paşinyan görüşünü şərh edərkən bildirib.
Xatırladaq ki, oktyabrın 26-da Tbilisidə üç ölkənin baş nazirlərinin görüşü keçirilib. Əli Əsədov, İrakli Qaribaşvili və Nikol Paşinyan arasında danışıqlar bir neçə saat davam edib.
Moskvanın mövqeyini ifadə edən Zaraxova vurğulayıb ki, 2020-2022-ci illərdə qəbul edilmiş üçtərəfli sazişlər Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması üçün yol xəritəsi olaraq qalır: "Bura ölkələr arasında sülh müqaviləsinin imzalanması, Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin açılması, sərhədlərin demarkasiyası, vətəndaş cəmiyyəti səviyyəsində dialoq və s. daxildir".
Ağarza Elçinoğlu