Azərbaycanın İraqa yeni təyin olunan səfiri Nəsir Məmmədov etimadnaməsini bu ölkənin Prezidenti Əbdüllətif Cəmal Rəşidə təqdim edib.
"Unikal" xəbər verir ki, səfir Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin salamlarını İraq Prezidentinə çatdırıb. Prezident Əbdüllətif Cəmal Rəşid təşəkkürünü bildirib və onun da salamlarının Azərbaycan Prezidentinə çatdırılmasını xahiş edib.
Aparılan söhbət zamanı iki ölkə arasında ikitərəfli və çoxtərəfli formatda müsbət əməkdaşlığın davam etdirilməsi, bununla yanaşı, iqtisadi-ticari, siyasi və humanitar sahələrdə əlaqələrin inkişaf perspektivləri müzakirə edilib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.