Rusiya hökuməti Ermənistanın Qafan şəhərində baş konsulluğun açılması ilə bağlı razılaşmanı təsdiqləyib.
"Unikal" xəbər verir ki, bu barədə sərəncamı Rusiya Federasiyasının Baş naziri Mixail Mişustin imzalayıb.
Qeyd edək ki, bu, Rusiyanın Ermənistandakı ikinci baş konsulluğu olacaq. Birinci baş konsulluq Gümrü şəhərində açılıb.
Nuranə Abbasova