"Ölkəniz öz ərazi bütövlüyünü bərpa edərək yeni tarixi inkişaf dövrünə qədəm qoyub". 

"Unikal" xəbər verir ki, bunu Özbəkistanın Prezidenti Şavkat Mirziyoyev Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının Astanada keçirilən 10-cu Zirvə Toplantısında deyib.

"Türk dünyasında qardaş Azərbaycan xalqına böyük hörmət var. Son illər İlham Əliyevin təşəbbüsü ilə böyük nailiyyətlər əldə olunub. Tarixi ədalət bərqərar oldu. Məhz bunun sayəsində Qarabağ Azərbaycan ölkəsinin tərkibinə daxil oldu, - Özbəkistan Prezidenti qeyd edib. 

O, Azərbaycanda olarkən infrastruktur və mədəniyyət obyektlərinin bərpa olunduğunu diqqətə çatdırıb, Azərbaycanın ərazi bütövlüyünün tam bərpası münasibətilə təbriklərini çatdırıb.

Ağarza Elçinoğlu

***10:25

"Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında nəhəng uğurlar qazanır".

"Unikal" xəbər verir ki, bunu Özbəkistanın Prezidenti Şavkat Mirziyoyev Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının Astanada keçirilən 10-cu Zirvə Toplantısında deyib.

Mirziyoyev çıxışının davamında Azərbaycanı ərazi bütövlüyünün bərpası münasibətilə təbrik edib.