Qazaxıstan tərəfi Fələstin xalqına yardım kimi 1 milyon dollar ayırıb.

"Unikal" xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türk Dövlətləri Təşkilatının (TDT) 10 illik yubiley sammitində çıxışı zamanı deyib.

"Şimalda Rusiya ilə Ukrayna, Yaxın Şərqdə İsrail və Fələstin arasında qanlı münaqişə var. Əfqanıstanda da vəziyyət qeyri-sabitdir. Qeyri-qanuni miqrasiya problemi Qərbdə kəskinləşir. Bu gün Qəzza zolağında dinc əhali, xüsusilə uşaqlar və qocalar münaqişədən əziyyət çəkirlər. Onların təhlükəsizliyinin təmin edilməsi vacibdir. Bununla əlaqədar mən Qazaxıstandan Fələstin xalqına 1 milyon dollar məbləğində humanitar yardım göstərmək qərarına gəldim", - deyə Qazaxıstan lideri qeyd edib.

Ağarza Elçinoğlu